Bakı. Trend:
Moskvanın cənub-qərbində yerləşən "Rio" ticarət mərkəzində baş verən yanğın tamamilə söndürülüb, yanğın binaya yayılmayıb.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.
Məlumata görə, yanğının söndürülməsinə 40 nəfər və 11 texnika cəlb olunub. Operativ xidmətlər yanğına qısaqapanmanın səbəb olduğunu bildiriblər.
Qeyd edək ki, "Rio" ticarət mərkəzi erməni biznesmen Samvel Karapetyana məxsus "Taşir" şirkətlər qrupuna daxildir.