...

ABŞ Alyaskada strateji mövqelərini gücləndirir

Dünya xəbərləri Materials 21 Sentyabr 2024 13:57 (UTC +04:00)

Bakı. Trend:

ABŞ rəhbərliyi Alyaskaya əlavə qüvvələr göndərməyə başlayıb və bu qərarını Rusiya və Çinin bölgədəki fəaliyyətinin aktivləşməsi ilə əlaqələndirir.

Trend xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, ABŞ Silahlı Qüvvələri Alyaska yaxınlığında varlığını tədricən artırır, ora bir döyüş gəmisini və uzun mənzilli raket sistemi ilə təchiz olunmuş bir ordu bölməsi göndərir.

Məlumatda qeyd olunub ki, Vaşinqton bölgəyə “Sterett” döyüş gəmisini də yerləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti