...

Tramp FTB rəhbəri vəzifəsinə Keş Pateli irəli sürüb

Dünya xəbərləri Materials 1 Dekabr 2024 04:27 (UTC +04:00)
Tramp FTB rəhbəri vəzifəsinə Keş Pateli irəli sürüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp şənbə günü ilk administrasiyası dövründə Pentaqonda işləmiş Keş Pateli Federal Təhqiqatlar Bürosuna (FTB) rəhbərlik vəzifəsinə namizədliyini irəli sürüb.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Keş Patelin FTB-nin növbəti direktoru olacağını elan etməkdən qürur duyuram. Keş əla hüquqşünas, müstəntiq və xidməti boyu korrupsiyaya qarşı mübarizə aparan, ədaləti və Amerika xalqını müdafiə edən “Birinci növbədə Amerika” ideyasının müdafiəçisidir", - deyə o bildirib.

Seçilmiş prezident bildirib ki, K.Patel Rusiyanın 2016-cı il prezident seçkilərinə iddia edilən müdaxiləsini ifşa etməkdə “kritik rol oynayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti