Bakı. Trend:
Çinin Quandon əyalətinin Şencen şəhərində inşası davam edən dəmir yolu vağzalında döşəmənin çökməsi nəticəsində ən azı 13 fəhlə dağıntılar altında qalıb.
Trend xəbər verir ki, hadisə dekabrın 4-də axşam saatlarında Şencen-Cianmen dəmir yolu xəttinin Baoan rayonundakı hissəsində baş verib.
Qəza baş verdikdən dərhal sonra ətraf ərazidə yaşayanlar təxliyə edilib, nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.
Hazırda itkin düşən fəhlələrin axtarışı davam edir, xilasetmə əməliyyatına xüsusi texnika və mütəxəssislər cəlb olunub.