...

Kanada Baş nazirinə qarşı etimadsızlıq səsverməsi üçüncü dəfə uğursuz olub

Dünya xəbərləri Materials 10 Dekabr 2024 07:39 (UTC +04:00)
Kanada Baş nazirinə qarşı etimadsızlıq səsverməsi üçüncü dəfə uğursuz olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada parlamentinin İcmalar Palatasında (aşağı palata) müxalif Mühafizəkarlar Partiyasının Baş nazir Castin Trüdoya qarşı üçüncü etimadsızlıq səsverməsi təşəbbüsü də dəstəklənməyib.

Trend xəbər verir ki, Parlamentin rəsmi saytında yayımlanan məlumata görə, təşəbbüs 152 deputatın dəstəyini alsa da, 180 deputat tərəfindən rədd edilib.

Qeyd edək ki, mühafizəkarlar bundan əvvəl də iki dəfə Baş nazirə etimadsızlıq səsverməsi keçirmək təşəbbüsü ilə çıxış etmiş, lakin hər iki halda uğur qazanmayıblar.

Kanadada növbəti parlament seçkilərinin 2025-ci ilin oktyabrında keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti