Bakı.Trend:
ABŞ-nin Alyaska ştatında güclü zəlzələ qeydə alınıb.
Trend bu barədə Birləşmiş Ştatların Geologiya Xidmətinin (USGS) məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, zəlzələ Rixter cədvəli ilə 5.8 bal gücündə olub.
Seysmoloji hadisənin episentri Akhiok şəhərindən 154 kilometr cənub-qərbdə, yeraltı ocağı – hiposentri isə 9,1 kilometr dərinlikdə olub.