Bakı. Trend:
Suriyanın Həma əyalətində müsəlman dindarların kütləsinə silahlı hücum nəticəsində azı 6 nəfər ölüb, 12 nəfər yaralanıb.
Trend “Al Mayadeen” telekanalına istinadən xəbər verir ki, hadisə Xəyalin kəndində baş verib.
Silahlı şəxs motosikletlə məscidin yanından keçərkən insanlara atəş açıb.
Polis cinayətkarın tapılması üçün tədbirlər görür, yaralılar tibbi yardım alır. Hadisənin motivləri hələ ki, məlum deyil.