...

Şimal-qərb bölgəsinin məktəbliləri olimpiada və fənn müsabiqələrində biliklərini sınayıblar (FOTO)

Cəmiyyət Materials 2 Mart 2025 17:07 (UTC +04:00)
Şimal-qərb bölgəsinin məktəbliləri olimpiada və fənn müsabiqələrində biliklərini sınayıblar (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

2 mart tarixində Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.

Trend xəbər verir ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə olimpiada və fənn müsabiqələrində 3516 şagird iştirak edib.

Qeyd edək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif, Fənn müsabiqələri isə VI-VII sinif şagirdləri üçün təşkil olunur. VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə imtahanda iştirak edə bilərlər.

Müsabiqənin nəticələrinin 14 martdan etibarən elan edilməsi nəzərdə tutulub. Uğur qazanan şagirdlər növbəti mərhələdə iştirak hüququ əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti