Bakı. Trend:
Sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyev 50 yaşında ürək tutmasından dünyasını dəyişib.
Trend xəbər verir ki, bu barədə TASS-a Dağıstan Respublikası Sərbəst Güləş Federasiyasının icraçı direktoru Mahmud Maqomedov məlumat verib.
"Onun ağciyərlərində problemlər olub. Ölümün səbəbi ürəyinin dayanmasıdır. Fəsadlar yaradan dərmanlar qəbul edib. Bütün ailəsi onunla Moskvada, xəstəxanada olub", – Maqomedov bildirib.
Saytiyev 74 kq çəki dərəcəsində 1996, 2004 və 2008-ci il Olimpiya Oyunlarının qalibi olub. O, altı dəfə dünya, altı dəfə isə Avropa çempionu titulunu qazanıb. 1995-ci ildə Rusiyanın əməkdar idman ustası adına layiq görülən Saytiyev 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni, eləcə də Şərəf və Dostluq ordenləri ilə təltif edilib.