Bakı. Trend:
İndoneziyanın sahillərində, Banda dənizində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Amahai şəhərindən 72 km, Ambon şəhərindən isə 151 km aralıda baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Hazırda dağıntı və tələfat barədə məlumat yoxdur.