...

Hamburq seçkilərində SPD qalib gəldi

Dünya xəbərləri Materials 3 Mart 2025 00:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Federal seçkilərdə ağır məğlubiyyətə uğrayan Sosial Demokrat Partiyası (SPD) Hamburq əyalət parlamentinə keçirilən seçkilərdə qalib gəlib.

Trend xəbər verir ki, SPD seçicilərin 34,2 faizinin səsini toplayaraq birinci olsa da, son seçkilərdə qazandığı 39,2 faizdən geri qalıb.

Bundestaq seçkilərinin qalibi olan Xristian Demokratlar İttifaqı (CDU) 19,2 faiz səs toplayaraq parlamentdəki fraksiyasını genişləndirib. Yaşıllar Partiyası 18,9 faiz, Sol Partiya 11,3 faiz, Almaniya üçün Alternativ Partiyası (AfD) isə 7,4 faiz səs yığıb.

Bu nəticələrlə SPD 121 yerlik əyalət parlamentində 45 mandat qazanıb. CDU 26, Yaşıllar 25, Sol Partiya 15, AfD isə 10 deputatla təmsil olunacaq.

Seçkilər Azad Demokratlar Partiyası (FDP), Sahra Vaqenknext İttifaqı (BSW) və Volt üçün uğursuz olub. Bu partiyalar 5 faizlik baryeri keçə bilmədikləri üçün parlamentə düşə bilməyib.

Xəbər lenti

Xəbər lenti