...

"Ayntraxt"ın yarımmüdafiəçisi İngiltərə Premyer Liqasına transfer ola bilər

İdman Materials 2 Mart 2025 23:45 (UTC +04:00)
"Ayntraxt"ın yarımmüdafiəçisi İngiltərə Premyer Liqasına transfer ola bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Ayantarxt"ın 20 yaşlı yarımmüdafiəçisi Huqo Larsson karyerasını İngiltərə Premyer Liqasının klublarından birində davam etdirə bilər.

Trend xəbər verir ki, "Çelsi" və "Liverpul" isveçli futbolçunu transfer etmək istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

"Ayntraxt" Larssonu satmağa razıdır, lakin alman klubu onun üçün 60 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Ayntraxt" 2023-cü ilin yayında Hugo Larssonu İsveçin "Malmö" klubundan transfer edib. İsveç millisinin üzvü olan gənc oyunçu bu mövsüm Frankfurt təmsilçisinin heyətində iştirak etdiyi 33 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Ayntraxt" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Xəbər lenti

Xəbər lenti