...

Suriya təhlükəsizlik qüvvələri Hələbin Şeyx Maqsud rayonuna yerləşdirilir

Dünya xəbərləri Materials 13 Aprel 2025 21:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya təhlükəsizlik qüvvələri Hələb şəhərinin şimalında yerləşən Şeyx Maqsud kürd rayonunda öz bölmələrini yerləşdirməyə başlayıb.

Trend xəbər verir ki, bu barədə məlumatı SANA agentliyi yayıb.

Bildirilib ki, yerləşdirmə prosesi rayonda təhlükəsizliyin gücləndirilməsi məqsədilə “Suriya Demokratik Qüvvələri” (SDF) ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Qeyd edək ki, aprelin 9-da Dəməşqdəki mərkəzi hakimiyyətlə əldə olunmuş razılaşma çərçivəsində Əşrəfiyə və Şeyx Maqsud rayonlarını təxminən 500 nəfərlik SDF döyüşçüsündən ibarət ikinci kolon tərk edib. Aprelin 4-də isə bölgədən təxminən 450 SDF üzvü çıxarılıb.

Aprelin 1-də SDF rəhbərliyi ilə Dəməşqdəki keçid hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən, rayonda qalan SDF qüvvələri Suriya ictimai təhlükəsizlik strukturlarına inteqrasiya ediləcək.

Xəbər lenti

Xəbər lenti