Bakı. Trend:
Somali hakimiyyəti ölkə ərazisində “Starlink” peyk internet xidmətinin istifadəsinə rəsmi şəkildə icazə verib.
Trend xəbər verir ki, bu barədə məlumatı Somalinin Milli Rabitə Agentliyi yayıb.
Bildirilib ki, amerikalı sahibkar İlon Maskın qurucusu olduğu “Starlink” şirkəti ölkədə fəaliyyət göstərmək üçün lisenziya alıb. Bununla bağlı Somali paytaxtı Moqadişoda rəsmi mərasim təşkil olunub. Tədbirdə hökumət nümayəndələri və “Starlink” şirkətinin təmsilçiləri iştirak ediblər.
Somali rəsmiləri ümid edirlər ki, peyk interneti vasitəsilə ölkədə rəqəmsal texnologiyaların qeyri-bərabər bölgüsü aradan qaldırılacaq və internet ölkənin bütün bölgələri üçün daha əlçatan olacaq.