Bakı. Trend:
Qırğızıstan parlamentinin sədri Nurlanbek Turğunbek keçirilən iclas zamanı vəzifəsindən istefa verib.
Trend bu baradə xarici KİV-ə istinadən xəbər verir.
"Ölkədə baş verən siyasi hadisələrlə əlaqədar hesab edirəm ki, deməliyəm: mən bir və ya iki nəfərə xidmət etmirəm, xalqa, dövlətə və parlamentə xidmət edirəm. Öz istəyimlə istefa vermək qərarına gəldim. Bu, kənar təzyiq olmadan qəbul edilmiş şəxsi qərarımdır", – deyə Turğunbek bildirib.
Qeyd edilir ki, Turğunbek 17 dekabr 2025-ci ildə VIII çağırış parlamentinin sədri seçilib. O, əvvəlki çağırışda da ölkənin qanunverici orqanına rəhbərlik edib.
Spikerin istefası məsələsi Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyevin vəzifədən azad edilməsindən sonra müzakirə olunurdu. Lakin parlamentdə bu məlumat təkzib edilirdi.
