...

Gürcüstanda daşqın qurbanlarının sayı 2 nəfərə çatıb

Dünya xəbərləri Materials 15 May 2006 15:22 (UTC +04:00)

Gürcüstanın şərqi və mərkəzi hissəsində yağan güclü yağışlar nəticəsində baş vermiş daşqınlarda ən azı 2 nəfər həlak olub. İTAR-TASS-ın verdiyi məlumata görə, həlak olanlardan biri Gürcüstan-Azərbaycan sərhədində xidmət göstərən sərhədçidir. Əsgəri güclü axınla gələn su körpüdən atıb. Onun meyidi Azəçrbaycan ərazisindəki çaydan tapılıb. Liaxv dərəsindəki suya düşən daha bir gəncin cəsədi isə hələ də tapılmayıb.

Trend in verdiyi məlumata görə, Gürcüstan KİV vasitələrinin məlumatına görə, daşqından ən çox Kaxetiya ziyan çəkib. Burada Alazan çayı sahillərindən çıxaraq Kvarel və Laqodexi rayonlarındakı kəndləri basıb. Regionda 200-ə yaxın ev, min hektarlarla əkin sahəsi tamamilə su altında qalıb. Böyük sayda iri buynuzlu mal-qara məhv olub. Bir sıra yolları sel yuyub aparıb.

Fövqəladə vəziyyət rayonuna Gürcüstanın baş naziri Zurab Noqaideli baş çəkib. Regionun administrasiyasında təbii fəalkətin nəticələrini aradan qaldırmaq üçün qərargah yaradılıb. Daşqından dəyən ziyanın ölçüsü hələ müəyyən edilməyib. Bu barədə "Vesti.ru" məlumat verib.

Xəbər lenti

Xəbər lenti