Microsoft gələcək məhsulları - Vista və Longhorn Server -in korporativ lisenziyalaşdırılması üzrə tələbləri sərtləşdirəcək. Korporasiyanın müştəriləri internet vasitəsilə mütəmadi olaraq qeydiyyatdan keçməlidirlər.
Trend in verdiyi xəbərə görə, korporasiya VLK-dən istifadə qaydalarını sərtləşdirir. VLK (Iolume License Key) - korporativ lisenziyalaşdırma proqramları üzrə alınmış xüsusi açarlardır. VLK proqram məhsullarını limit sayda fəallaşdırırlar. İndiyədək VLK internet və ya telefon vasitəsilə aktivləşdirmə tələb etməyiblər və konkret aparat təminatına bağlı deyildilər. Microsoft-un qanuna tabe olan müştəriləri bu açarları poçtla zərfdə almalı və üçüncü şəxslərə bildirməməlidirlər.
Lakin VLK vasitəsilə piratçılıqdan mühafizə sistemi tezliklə xakerlərdə və səhlənkar istifadəçilərdə "adekvat" cavabını tapdı. İnternetə sərbəst çıxış zamanı Windows XP və Windows Server 2003 üçün VLK açarları olur və servis paketlərinin şəklini dəyişmiş mühafizə sistemi ilə çıxışı vəziyyəti dəyişmədi.
İndi lisenziyalaşdırma şərtləri sərtləşdirilib. Vista və Longhorn Server-in korporativ istifadəçiləri məhsulu aldıqdan 30 gün ərzində VLK-ni Microsoft-da qeydiyyatdan keçirməlidirlər və sonra hər ay bu prosesi idarə etmək üçün xüsusi serverlər hazırlamalıdırlar. Onlar fəal lisenziyalara nəzarət edəcək və hesabat hazırlayacaqlar.
Ekspertlərin fikrincə, qanuna tabe olan korpoorativ müştərilərə Microsoft-un bu addımı xeyir gətirəcək. Lakin bəzi analitiklər hesab edirlər ki, bu təşəbbüs Microsoft-u təcavüzkar kimi tanıdacaq.
Çox ehtimal ki, Microsft-un yeni tələbləri piratçılıqdan lazımi mühafizə səviyyəsini təmin etməyəcək. Anonim qalmaq istəyən ekspert VLK-nin etibarlığını belə şərh edib: "Sistem piratçılıq üçün zəifdir. Bu sistemdə fəallaşdırmanın yoxlanmasına cavab verən kodu silmək olar. Bir sistemin Microsoft-un fəallaşdırma serveri ilə qoşulmasını protokollaşdırmaq və sonra həmin lokal şəbəkədə yerləşən yalançı serverə yönəldərək, başqaları üçün imkan yaratmaq daha çətin üsuldur. Açarlar olsa və onlar "açıq mətnlə görünməsə", o zaman onlar hansısa iş fayllarında görünəcək və onları Microsoft serverinə qoşmadan eyni yerdə başqa sistemlərə kopyalamaq olar. Quraşdırılmış sistemdən vinçesterdəkiləri 1-ə 1 qaydada kopyalamaq daha kobud üsuldur. Bunu o zaman etmək olar ki, aparat təminatının yoxlanması olmasın və ya onlar eyni olsun. Bu da korporativ kompüterlər üçün səciyyəvidir. Mənim düşündüyümə görə, sistem lisenziyada göstəriləndən daha çox kopiya yarada bilən İT-menecerlər üçün nəzərdə tutulub. Bu halda fəallaşdırma sistem
i əlavə ödənişin lazım olduğunu xatırladan sistemdən başqa bir şey deyil".