...

Aşqabad ətrafında dünya səviyyəli 200 km-lik avtoban çəkilir

Dünya xəbərləri Materials 19 İyul 2006 16:45 (UTC +04:00)

Kopetdağın ətəyində 8 mühəndis tikilisindən ibarət 200 km-lik avtomagistralın inşasına başlanır. Həmin magistral bir neçə ildən sonra bütün Aşqabadı əhatə edəcək və sürətlə inkişaf edən Türkmənistan paytaxtının ən iri nəqliyyat arteriyası olacaq.

"Turkmenistan.ru" xəbər verir ki, işlərin tezləşdirilməsi üçün gələcək avtobanın torpaq zolağı 3 istiqamətdə çəkilir. Ümumi uzunluğu 40 km. olan hissələrə asfalt örtüyünün çəkilməsinə hazırlıq gedir. Onun çəkilişi saatda 150 ton gücündə olan asfalt zavodunun yaxın vaxtlarda istismara verilməsindən sonra başlanacaq.

Trend agentliyinin məlumatına əsasən, birinci beynəlxalq kategirayaya uyğun olacaq yeni magistralda hər istiqamətdə 3 zolaqlı avtomobil hərəkəti nəzərdə tutulub. Hər zolağın eni - 12 metrdir. İşlərin dəyəri 60 mln. dollar həcmində hesablanıb. Maliyyələşdirmə dövlət vəsaitləri hesabına həyata keçirilir. Layihələşdirmə və tikinti üzrə baş podryatçı Aşqabad meriyasıdır. Böyükmiqyaslı layihənin gerçəkləşdirilməsi yerli podryatçı təşkilatlara tapşırılıb. Dairəvi magistralın istismara verilməsini tezləşdirmək üçün aparıcı dünya istehsalçılarından texnika alınıb.

Trassa bərpa olunacaq şəhərkənarı yollar da qoşulacaq. Magistralın digər yollarla kəsişmələrində ikisəviyyəli açılmalar tikiləcək ki, bu da işıqforların sayını azaltmağa imkan verəcək. Nəticədə nəqliyyat vasitələri yarım saata şəhərin istənilən yerinə çata bilər.

Lakin yeni dairəvi yolun əsas məqsdəi - tranzit və böyük yükdaşıyan nəqliyyatın hərəkətini Aşqabadın ətrafı ilə ybnəltməkdir ki, bu da şəhərdaxili yolların yükünü xeyli azalda bilər.

Xəbər lenti

Xəbər lenti