...

Ukrayna yeraltı qaz anbarlarının inkişafı sahəsində Belarusu əməkdaşlığa dəvət edib

Dünya xəbərləri Materials 25 İyul 2006 16:37 (UTC +04:00)

Ukrayna yeraltı qaz anbarlarının inkişafı sahəsində Belarusu əməkdaşlığa dəvət edib. Bu barədə BELTA müxbirinə Belarusun Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Valentin Veliçko bildirib.

O qeyd edib ki, bu sahə ilə məşğul olan İvan-Frankov neft və qaz institutu Belarus mütəxəssislərinə qaz anbarlarının elmi əsaslı yeni müdafiə üsullarını təqdim edib. "Biz bu mövzu üzrə danışıqlar aparacaq və bu prosesin məntiqi tamamlanmasına nail olacağıq", - deyə Valentin Veliçko bildirib.

Trend in "PravoTEK"-ə istinadən verdiyi xəbərə görə, səfir həmçinin qeyd edib ki, Belarus artıq Ukraynanın elektrik enerjisindən istifadə edir. Bu il 53 mln. ABŞ dolları məbləğində 2,5 mlrd. kVt/s elektrik enerjisi əldə olunub. 2007-ci ildə elektrik enerjisi tədarükünün artırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti