Rusiya XİN-də istisna etmirlər ki, Livanda BMT mandatı altında sülhməramlı qüvvələr Livan qoşunları ilə birgə fəaliyyət göstərəcək.
"Ehtimal olunur ki, bu beynəlxalq, sülhməramlı qüvvələrin hər necəsinin Livan ordusuna qoşulması barədə düşünüləcək. Bu variant istisna edilmir", - deyə RF XİN başçısının Yaxın Şərq məsələlərinin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Sergey Yakovlev RİA Novosti-yə bildirib.
"Beynəlxalq qüvvələrin hansı mandatının olacağı, onların harada yerləşəcəyi, hansı işləri görəcəyinə dair bütün tərəf lər razılığa və konsensusa gəlməlidir", - deyə diplomat vurğulayıb.
Trend in xəbər verdiyi kimi, bir çox nüanslar mövcuddur və onlar BMT-nin Təhlükəsizlik Şurasında gözdən keçiriləcək. Bu barədə S.Yakovlev məlumat verib.
"Bundan nə əldə olunacağı barədə danışmaq hələ tezdir, hamının mövqeyi fərqlidir, bütün tərəflərin razılığını almaq lazımdır, bu isə asan olmayacaq", - deyə diplomat qeyd edib.