...

NKN başçısı: Qazaxıstanda altı əsas beynəlxalq tranzit dəhlizinin yenidən qurulması planlaşdırılır

Dünya xəbərləri Materials 21 Sentyabr 2006 18:30 (UTC +04:00)

Qazaxıstanın nəqliyyat şəbəkəsinin kompleks inkişafı üçün altı zolaqlı magistralların tikintisi və altı əsas beynəlxalq tranzit dəhlizlərinin yenidən qurulması da daxil olmaqla, 7 min kilometrdən artıq avtomobil yolunun yüksək texniki kateqoriyaya köçürülməsi planlaşdırılır. Trend Kazinforma istinadən xəbər verir ki, bu barədə bu gün "Transavroasiya-2006" beynəlxalq konfransı zamanı Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Askar Mamin məlumat verib.

Nazirin sözlərinə görə, bu il qəbul olunmuş ölkənin Nəqliyyat strategiyası çərçivəsində 50 min kilometrdən artıq avtomobil yolunun tikintisi və yenidən qurulması planlaşdırılır.

Bundan əlavə, nəqliyyat vasitələri parkının Avro-4 normalarına keçməklə Avro-3 normaları üzrə müasirləşdirilməsi nəzərdə tutulub.

Bu zaman Nəqliyyat strategiyası çərçivəsində bütün layihələrin ümumi dəyəri 30 mlrd. dolları həcmində qiymətləndirilir, bunun 70%-ni özəl investisiyalar təşkil edəcək.

NKN-nin məlumatına görə, respublikanın ÜDM-in ümumi həcmində nəqliyyat-kommunikasiya kompleksinin payı 9% təşkil edir. 2010-cu ilə qədər Avropa-Asiya xətti üzrə əmtəə dövriyyəsi təxminən 1 trln. ABŞ dollarına çatacaq.

Xəbər lenti

Xəbər lenti