...

Misirdə 23-cü "quş qripi"nə yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 28 Fevral 2007 17:12 (UTC +04:00)

Misirdə 23-cü "quş qripi"nə yoluxma halı qeydə alınıb. Səhiyyə Nazirliyinin verdiyi xəbərə görə, xəstəliyə yoluxan 4 yaşlı qızdır və o, Əl-Dakaliya əyalətində Mənsurə şəhərində xəstəxanaya yerləşdirilib. Epidemioloqların fikrincə, o, xəstə quşla təmasda olub. Bu barədə RBK xəbər verir.

Xəstənin qohumları H5N1 virusuna yoluxub-yoluxmadıqlarını müəyyən etmək üçün analiz verməyə göndəriliblər.

2006-cı ilin fevral ayından Misirdə "quş qripi"ndən 13 nəfər həlak olub. Bu barədə (c) Reuters xəbər verir.

Xəbər lenti

Xəbər lenti