...

Qadın voleybolçularımız finala gedən yolda son anda büdrədilər

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 22:41 (UTC +04:00)
Bu gün Avropa Oyunlarında qadınlar arasında voleybol yarışlarının yarımfinal mərhələsinin görüşləri keçirilib.
Qadın voleybolçularımız finala gedən yolda son anda büdrədilər

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Bu gün Avropa Oyunlarında qadınlar arasında voleybol yarışlarının yarımfinal mərhələsinin görüşləri keçirilib.

Trend-in məlumatına görə, millimiz qrupda 0:3 hesabı ilə məğlub olduğu Türkiyə yığması ilə qarşılaşıb.

Gərgin keçən görüşün ilk setində türklər üstün olublar - 21:25. Növbəti set təmsilçilərimizin xeyrinə başa çatıb - 25:23. Üçüncü setdə Türkiyə (19:25), 4-cü setdə komandamız qalib gəldiyindən (25:23) oyunun taleyi 5-ci setdə həll olunub.

Finala bərabər keçən oyunun sonuncu setində türklər üstün olublar - 11:15 (2:3).

Beləliklə, millimiz bürünc medal uğrunda görüşdə Serbiya yığması ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti