...

Azərbaycanlı boksçu: I Avropa Oyunlarının mənim üçün böyük əhəmiyyəti var

Baku 2015 : EUROGAMES Materials 28 İyun 2015 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Aygün Bədəlova/

Bakıda I Avropa Oyunlarında qızıl medal qazanan azərbaycanlı boksçu Albert Səlimov uğuru haqqında danışıb.

Trend-in məlumatına əsasən, idmançımız "Vestnik Kavkaza" qəzetinə müsahibəsində bildirib ki, hər medal böyük əməyin nəticəsidir: "I Avropa Oyunlarının mənim üçün böyük əhəmiyyəti var və burada qələbə qazandığım üçün çox xoşbəxtəm".

Uğurundan söz açan A.Səlimov qeyd edib ki, ilk növbədə, gərgin məşq etmək lazımdır, onda məqsədə çatmaq olar.

O bildirib ki, bu qələbəsindən sonra digər yarışlara hazırlaşacaq: "Arxayınlaşmaq olmaz, məşqləri davam etdirmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti