Azərbaycan, Bakı, 15 dekabr /Trend/
14-24 dekabr 2012-ci il tarixlərində "Mən Azərbaycan haqqında nə bilirəm" inşa müsabiqəsinin qalibləri olan, 11 nəfərlik argentinalı nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin məlumatında deyilir.
Nümayəndə heyətinin Azərbaycana ilk gəlişi məqsədilə hazırlanmış 10 günlük səfər proqramı çərçivəsində qonaqlar Heydər Əliyev Fondunda olacaqlar. Səfər gedişində qonaqlar ölkəmizdəki muzeylərlə tanış olacaq, Azərbaycanın müxtəlif regionlarına səfər edəcək və respublikailə yaxından tanış olacaqlar.
Dekabrın 14-də Gənclər və İdman Nazirliyində keçirilən görüş zamanı gənclər və idman nazirinin müavini İntiqam Babayev q argentinalı gənclərə Azərbaycan gəncləri, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları, gənclərin potensial inkişafı istiqamətində yaradılmış geniş imkanlar haqqında ətraflı məlumat verib və onların suallarını cavablandırıb.
Görüşün sonunda "Mən Azərbaycan haqqında nə bilirəm " inşa müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.