...

Bakıda KVN komandalarının iştirakı ilə "Azərbaycan Prezidenti kuboku" beynəlxalq turniri keçiriləcək

Mədəniyyət Materials 14 Sentyabr 2013 13:26 (UTC +04:00)
Oktyabrın 23-də Bakıda Heydər Əliyev Sarayında Şən və Hazırcavablar Klubu (KVN)komandalarının iştirakı ilə "Azərbaycan Prezidenti kuboku" beynəlxalq turniri keçiriləcək.
Bakıda KVN komandalarının iştirakı ilə "Azərbaycan Prezidenti kuboku" beynəlxalq turniri keçiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 sentyabr /Trend Life, müxbir V.İmanov/

Oktyabrın 23-də Bakıda Heydər Əliyev Sarayında Şən və Hazırcavablar Klubu (KVN) komandalarının iştirakı ilə "Azərbaycan Prezidenti kuboku" beynəlxalq turniri keçiriləcək. Bu barədə "Trend Life" KVN Beynəlxalq Birliyinin rəsmi saytı www.amik.ru-ya istinadən bildirib.

Görüşün aparıcısı "AMİK" Televiziya Yaradıcılıq Birliyinin və "KVN" Beynəlxalq Birliyinin prezidenti Aleksandr Vasilyeviç Maslyakov olacaq.

Turnirdə bu komandalar iştirak edəcək: "Rəislər", (İrkutsk), "Dnepr" (Dnepropetrovsk vilayətinin yığması), "Parapaparam" (MDBƏİ, Москва), Bakı Yığması (Azərbaycan), KVN üzrə Kamızyak diyarının yığması (Həştərxan) və Triod və Diod (Smolensk).

Turnir saat 19:00-da başlayacaq. Ətraflı məlumat və biletlərin sifarişi üçün: +994552994554, www.kvn.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti