...

Bakıda "Xəttatlıq, miniatür və keramika" sərgisi açılacaq

Mədəniyyət Materials 22 Oktyabr 2013 18:11 (UTC +04:00)
Oktyabrın 23-də, saat 18:30-da Bakı İncəsənət Mərkəzinin "Yeni Gallery" sərgi salonunda "Xəttatlıq, miniatür və keramika" sərgisinin açılışı keçiriləcək.
Bakıda "Xəttatlıq, miniatür və keramika" sərgisi açılacaq

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Oktyabrın 23-də, saat 18:30-da Bakı İncəsənət Mərkəzinin "Yeni Gallery" sərgi salonunda "Xəttatlıq, miniatür və keramika" sərgisinin açılışı keçiriləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, ekspozisiyada Azərbaycan və Türkiyə sənətçiləri - Gülxan Bəydəmir, Ayşe Betül Özey və Özgün Fəridə Özganın əsərləri nümayiş olunacaq.

Bakı İncəsənət Mərkəzinin baş direktoru Rafael Gülməmmədli bildirib ki, qurum həmişə yaradıcı təşəbbüslərə dəstək verir. Mərkəz 2008 və 2010-cu illərdə G.Bəydəmirin fərdi sərgisini təşkil edib. Klassik xətt sənətinin bacarıqlı ustalarından olan müəllifin əl işləri böyük maraq doğurub. Onun bir çox əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Niderland, Avstriya, Koreya və Fransa kolleksiyaçıları tərəfindən alınıb, Almaniyada və Avstriyada sərgiləri açılıb.

G.Bəydəmirin Türkiyədə yaşayıb-yaradan iki gənc sənətkarla birgə sərgi keçirmək təşəbbüsü də Bakı İncəsənət Mərkəzi tərəfindən dəstəklənib.

Qeyd edək ki, A.B.Özey 13 ildir ki, ənənəvi türk sənətləri ilə məşğul olur. O, həm də klassik dizaynları özünəməxsus şəkildə improvizə edir. Kurslar təşkil edərək yerli və xarici vətəndaşlara bu sənətin sirlərini öyrədir. Sərgidə müəllifin zərgərlik sənəti nümunələri nümayiş olunacaq.

Ö.F.Özgan isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin klassik arxeologiya sahəsində təhsil alıb. 2000-ci ildən etibarən müstəqil şəkildə miniatür sənəti ilə məşğuldur. 2006-cı ildə türk-islam sənətləri müsabiqəsində birinci olub. Əsərləri müxtəlif incəsənət məkanlarında sərgilənir.

"Yeni Gallery" salonunda açılacaq sərgi noyabrın 3-dək davam edəcək. Sərgidə zərgərlik sənəti nümunələri, xəttatlıq, miniatür və keramika sənət növlərində 40-a qədər əsər təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti