...

YUNESKO-nun Baş Qərargahında İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd ediləcək

Mədəniyyət Materials 19 May 2014 15:28 (UTC +04:00)
Azərbaycanın xalq yazıçısı, dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi YUNESKO-nun 2014-2015-ci illər üzrə Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri ilə bağlı Proqramına daxil edilib.
YUNESKO-nun Baş Qərargahında İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd ediləcək

Azərbaycan, Bakı, 19 may /Trend/

Azərbaycanın xalq yazıçısı, dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi YUNESKO-nun 2014-2015-ci illər üzrə Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri ilə bağlı Proqramına daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu əlamətdar hadisənin qeyd edilməsi məqsədilə 19 may 2014-cü il tarixində Fransanın paytaxtı Paris şəhərində YUNESKO-nun Baş Qərargahında İ.Əfəndiyevin həyat və yaradıcılığına dair fotosərgi, həmçinin konsert proqramı keçiriləcək.

Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında özünəməxsus yer tutan İ.Əfəndiyevin 100 illik yubileyinə həsr ediləcək tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirdə Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi isə nazirin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Tədbirin açılış mərasimində E.Əfəndiyev və YUNESKO-nun baş direktoru İrina Bokovanın çıxışları nəzərdə tutulur.

İ.Əfəndiyevin 100 illik yubileyinə həsr olunacaq tədbir Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın YUNESKO yanında Daimi nümayəndəliyinin və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti