...

Operasevərlər, Bakıda "Riqoletto" olacaq

Mədəniyyət Materials 22 Noyabr 2016 17:09 (UTC +04:00)
Dekabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto”operasının tamaşası keçiriləcək.
Operasevərlər, Bakıda "Riqoletto" olacaq

Bakı. Trend:

Dekabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, onların Kiyevli həmkarları – Ukrayna Milli operasının solistləri də iştirak edəcəklər. Belə ki, tamaşadakı Riqoletto partiyasında Ukraynanın Əməkdar Artisti Pyotr Primak, Hersoq partiyasında isə Ukraynanın Əməkdar artisti Dmitri Kuzmin çıxış edəcəklər.

Qastrolşularla yanaşı tamaşada həmçinin yerli sənətçilər - Azərbaycanın Xalq Artisti Əli Əsgərov (Sparafuçille), Əməkdar artistlər İnarə Babayeva (Cilda), Əkrəm Poladov (Monterone), Səbinə Əsədova (Maddalena) və gənc solist Nina Makarova (qrafinya de Çeprano) da əsas rollarda çıxış edəcəklər.

Operanın dirijoru isə Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti