Yunus Oğuz: Mən tarixi təhrif edə bilmərəm (FOTO)

Yunus Oğuz: Mən tarixi təhrif edə bilmərəm (FOTO)

Bakı. Trend:

Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçirilən “İmzalı görüş” layihəsi üzrə “Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin baş redaktoru, yazıçı – publisist Yunus Oğuzla gənclərin görüşü keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı “Mədəni maarifləndirmə” proqramı çərçivəsində fondun gördüyü işlər haqqında iştirakçılara məlumat verib. R.Qurbanlı qeyd edib ki, fondun bu cür layihələr həyata keçirməsində məqsəd yeniyetmələrin və gənclərin mütaliəyə marağını stimullaşdırmaqdı. Bilik Fondu “İmzalı görüş” layihəsi çərçivəsində dövrümüzün aparıcı ictimai-siyasi xadimləri, yazıçıları, tanınmış simaları ilə görüşlər təşkil edir.

Görüşdə Bilik Fondunda təcrübə keçən gənclər, fondun “Gənc jurnalistlər”, “Gənc tarixçilər” klubunun üzvləri də iştirak edirdilər.

Yunus Oğuz yaradıcılığı və şəxsiyyəti haqqında gənclərə ətraflı məlumat verən AMEA-nın müxbir üzvü, Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov bildirib ki, biz əvvəllər Yunus Oğuzu publisist kimi tanıyırdıq: “Bundan əlavə, Yunus Oğuzu müstəqillik dövründən fəaliyyət göstərən və tanınan qəzetin və İnformasiya Agentliyinin rəhbəri kimi tanıyırıq. Amma sizin yaşınızdan əvvəl, təxminən siz yaşda Yunus Oğuz həm də bir ictimai –siyasi xadim kimi tanınırdı. Azərbaycanda Milli Azadlıq Hərəkatının öncüllərindən biri idi. Milli hərəkat öncülləri deyəndə bizim yaddaşımıza qarışıq, bəzən alovlu bir mühit gəlir. Çünki 80-ci illərin sonu 90-cı illərin əvvəllərində çox mürəkkəb bir vəziyyətlə qarşı-qarşıya idik. Bu tək Azərbaycanda deyil, dünyada belə idi. Amma Yunus Oğuz o hərəkatda intellektual qola mənsub idi. Ona görə ki, çox yaxşı təhsil almışdı. Rusiyada Fəlsəfə fakültəsini bitirmişdi və o mühiti çox yaxşı bilirdi.

Yunus Oğuz gənc yaşlarında yaradıcılığa şair kimi başlayıb. Amma bu gün yazdığı mükəmməl tarixi romanlar sayəsində biz onu tarixi romanlar müəllifi kimi tanıyırıq. Fikrimcə, Yunus Oğuzun tarixi romanlar yazma səbəblərindən biri də odur ki, o dövrün ictimai-siyasi hadisələrinin içərisində oldu, öyrəndi, bu hadisələrin birbaşa iştirakçısı oldu, bizim tariximizi dərindən öyrəndi”.

N.Cəfərov bildirib ki, tarixi iki cür öyrənirlər: akademik tarixçilik. Bəzən buna, hücrə tarixçiliyi, universitet tarixçiliyi də deyirlər. Burda daha çox akademizim, faktlar, sxemlər, modellər öyrədilir. Tarixə müdaxilə edilmir, mümkün qədər tarixi necə varsa, o cür təqdim edirlər. Bu tarixçilik tamam başqadı. Bir də var tarixi ədəbiyyatlardan, romanlardan dinamik şəkildə öyrənmək. Yunus Oğuzun tarixçiliyi çox dinamikdi. Yunus Oğuzun tarixi romanlarında və tarixi pyeslərində (“Attila”) və ümumiyyətlə yaradıcılığında tarixi xronologiya mövcuddur.

Məsələn, Əmir Teymura həsr olunmuş romanında Yunus Oğuz çalışır ki, Əmir Teymurun həm ümumən türk dünyasındakı tarixi rolunu dəyərləndirsin, həm də Azərbaycanla birgə əlaqələndirsin. Biz bu romanın Daşkənddə çox geniş bir miqyasda təqdimatını və müzakirəsini keçirdik. Təqdimatda Özbəkistanın ən məşhur tarixçiləri, ictimai xadimləri iştirak edirdilər. Özbəklər çox böyük iddia və həvəslə Əmir Teymurla fəxr edirlər. Onlar Əmir Teymuru türk dünyasına vermək istəmirlər. Yalnız özbək hesab edirlər. Amma Yunus Oğuz orda az qaldı ki, Əmir Teymurun azərbaycanlı olduğunu sübut eləsin. Müzakirələr zamanı çox mürəkkəb vəziyyət yaranmışdı. Amma Yunus Oğuz bunu bacardı. Amma daha sonra həmin əməkdaşlıq davam etdi”.

Y.Oğuzun “Nadir şah” əsərini daha çox dəyərləndirən N.Cəfərov bildirib ki, Nadir şah dövrü Azərbaycan tarixşünaslığında həmişə pərakəndəlik, ziddiyyətlər dövrü kimi təqdim olunur. Nadir şaha müsbət bir sərkərdə kimi baxılmayıb. Daha çox Səfəvilərdən sonra dağıdıcı, süni imperiya kimi söhbətləri olub. Amma Nadir şah əsaslandırır ki, bizim müasir Azərbaycan tarixinin yaratdığı etnik, siyasi, coğrafi mənzərənin əsaslarını birinci növbədə Səfəvilər dövləti oynayıbsa, ikinci möhtəşəm rolu ondan az olmayan Nadir şah oynayıb.

Bundan sonra Yunus Oğuz “Təhmasib şah” romanını yazdı. Bildiyimiz kimi, Səfəvilərin tarixi bir qayda olaraq Şah İsmayılla başlayıb, az qala ideoloji, mənəvi, siyasi tarixi Şah İsmayılla bitir. Bizdə belə bir təsəvvür var ki, Səfəvilər dövründə görülən bütün işləri Şah İsmayıl gördü. Ondan sonra Səfəvilər dövləti ancaq süquta getdi. I Şah Abbasın apardığı siyasət nəticəsində Səfəvilər dövləri İranlaşdı. Amma uzun bir dövrdə Səfəvilər dövlətinə rəhbərlik etmiş Təhmasib şah var. “Təhmasib şah” romanı həm bizim tariximiz və həm də ədəbiyyatımız üçün ciddi bir hadisə oldu. Yunus Oğuz bu romanla sübut elədi ki, Şah İsmayıl Xətaidən sonra -1524 –cü ildə hakimiyyətə gələn, 10 yaşında şah elan olunan, təxminən 15 yaşından sonra həqiqətən özünü Səfəvilər dövlətinin rəhbəri kimi aparan Şah Təhmasib 53 illik hakimiyyəti dövründə Səfəvilər dövlətinin qılınc çalan yox, məhz müdrik bir beyinlə, ağılla, diplomatiya ilə işləyən bir hökmdar oldu. Onun hakimiyyəti zamanı Azərbaycanın etnik, coğrafi, siyasi sərhədləri həll olundu. 1555 – ci ildə Amasiya sülh müqaviləsinə qədər Azərbaycan öz Səfəvilər genotipi ilə gələn o mənşəyinin əsaslarını çox möhkəm bir çəkildə bərpa elədi”.

N.Cəfərov Y.Oğuzun son romanı “Ovçu” haqqında gənclərə məlumat verərək bildirib ki, roman Aprel döyüşlərinə həsr olunub: “Yunus Oğuz Atabəylərdən də, Əmir Teymurdan da, Nadir şahdan, Aprel hadisələrindən yazanda da həm tarixçi kimi, həm də analitik kimi çıxış edir. Tariximizi təhlil edən müasir tarixçidi, peşəkar filosofdu. Son romanında bu özünü daha çox biruzə verdi”.

N.Cəfərov qeyd edib ki, “Ovçu” romanının özəlliyi ondadır ki, əsərdə ilk dəfə olaraq dövlət başçısının bədii obrazı yaradılıb, onun Aprel döyüşləri zamanı apardığı taktiki hərəkətlər ustalıqla verilib. Romanda təsvir edilən hadisələr- ermənilərin əvvəllər də Azərbaycana qarşı olan məkrli niyyəti, iyrənc siyasəti peşəkar yazıçı məharəti ilə işıqlandırılıb: “Yunus Oğuz Aprel döyüşlərini çox elastik halda XI –XXI əsrlərlə qarşılıqlı şəkildə əlaqələndirib. Burda həm tarixçi, həm yazıçı, həm də filosof kimi çıxış etmək asan deyil.

Bu gün Yunus Oğuz hər kəsə sübut etdi ki, o böyük tarixi roman ustasıdır. Yunus Oğuz öz yaradıcılığında Məmməd Səid Ordubadidən, Yusif Vəzir Çəmənzəminlidən, Mirzə İbrahimovdan gələn tarixi roman ənənələrini həm ümumiləşdirir, həm də onları yeni mərhələyə qaldırır. Yunus Oğuzun xoşbəxtliyi bir də ondan ibarətdir ki, o yazdığı tarixi romanları müstəqil, milli Azərbaycan dövlətinin vətəndaşı kimi yazır. Milli dövlətçilik şüuru Yunus Oğuzun əsərlərinə təzahür edir. Yunus Oğuz öz yaradıcılığında tariximizlə bu günümüz arasındakı bağları çox mükəmməl bir şəkildə bərpa edir”.

Sonda çıxış edən yazıçı Y.Oğuz əvvəlcə martın 2-də Narkoloji Mərkəzdə baş verən yanğında həlak olan insanların ailələrinə və xalqımıza başsağlığı verib. İki elmi kitabının ali məktəblərdə dərs vəsaiti kimi tədris olunduğunu vurğulayan Y. Oğuz yaradıcılığa tarixi fəlsəfə ilə başladığını bildirib. Bir çox tarixi hadisləri, faktları akademik dilə sığışdırmağın mümkün olmadığını qeyd edib: “Məhz buna görə akademik dildən kənar yazım. Buna iki səbəb var idi. Biri, akademik dildə tarixi tərif etməmək üçün, digəri də öz tariximizi yetişməkdə olan gənclərə öyrətmək üçün. Gənclərimizin tariximizi romanlarda oxumaları önəmlidi. Və vacib məsələdir ki, mən heç bir əsərimdə tarixi təhrif etməmişəm. Əlavə obrazlar yaradaraq nələrisə əlavə edə bilərəm. Amma tarixi faktları, tarixi ardıcıllığı, tarixi hadisələri heç vaxt təhrif etməmişəm. Mən tarixi roman yazanda 200-ə qədər tarixi mənbə oxuyuram. Azərbaycan Elmlər Akademiyası və Tarix İnstitutu kitablarım haqqında kifayət qədər məlumatlıdırlar. Və bu günə qədər heç bir tarixçi elmi simpoziumlarda, təhlillərdə qeyd etməyib ki, Yunus Oğuz hansısa əsərində tarixi təhrif edib. Mən tarixi təhrif edə bilmərəm. Tarixi sətirlərdə oxumağı bacarmaq lazımdı. “Əmir Teymur” əsərini yazanda bir tarixi mənbədə Əmir Teymurun 4 min ermənini qılıncdan keçirdiyi yazılmışdı, amma səbəb məlum deyildi. Mən Xocalı hadisələrini ora- XIV əsrə apardım, olduğu kimi əlavə etdim”.

Sonda Yunus Oğuz tələbələrin suallarını cavablandırıb.

Baydenin hakimiyyətə gəlişi ABŞ və İran arasındakı münasibətləri dəyişə bilər
Baydenin hakimiyyətə gəlişi ABŞ və İran arasındakı münasibətləri dəyişə bilər
İran xarici işlәr naziri Bakıya gəlib
İran xarici işlәr naziri Bakıya gəlib
Ermənistandakı xaos artıq kifayət qədər dərinləşib - ŞƏRH
Ermənistandakı xaos artıq kifayət qədər dərinləşib - ŞƏRH
Loading Bars
Xəbər lenti
Fransız polisi komendant saatının pozulduğuna görə 110 min cərimə yazıb
Bakıdakı Nizami Gəncəvi heykəlinin yaradılmasının tarixçəsi - Maraqlı faktlar (FOTO)
Baydenin hakimiyyətə gəlişi ABŞ və İran arasındakı münasibətləri dəyişə bilər
Avstraliya Pfizer peyvəndinin istifadəsinə ilkin icazə verib
Alyaskada güclü zəlzələ baş verib
ABŞ yaxınlarda CAR-a səfər etmiş əcnəbilərə giriş məhdudiyyəti tətbiq edəcək
Meksikanın prezidenti koronavirusa yoluxub
Sloveniyada koronavirusun "Britaniya ştammı" aşkarlanıb
Cəbhəboyu ərazilərdə 20 mina, 282 ədəd partlamamış hərbi sursat aşkarlanıb - ANAMA (FOTO)
Futbol üzrə İspaniya çempionatında "Atletiko" "Valensiya"nı məğlub etdi
Qanada avtobus qəzasında ən az 6 nəfər ölüb
Ərdoğan Nigeriya sahillərində qaçırılan gəminin kapitanı ilə telefonla danışıb
İngiltərə Kuboku: "Mançester Yunayted "Liverpul"u məğlub etdi
Bu sahələrin fəaliyyəti bərpa olundu
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub
Bu gündən bərbərxanalar və gözəllik salonları açılır
Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb
Bakıda fərdi evdə yanğın olub
ÜST: Dünyada koronavirus qurbanlarının sayı 2,11 milyonu ötüb
SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
İran xarici işlәr naziri Bakıya gəlib
ABŞ-da koronavirus qurbanlarının sayı 417 mini keçib
Braziliyada futbolçuların olduğu təyyarə qəzaya uğrayıb
Niderland polisi dünyada ən çox axtarılan narkobarnlardan birini həbs edib
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Ermənistandakı xaos artıq kifayət qədər dərinləşib - ŞƏRH
Antarktida sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Çində qəza baş vermiş qızıl mədənindən 11 nəfər çıxarılıb
Füzuli rayonunun Aşağı Aybasanlı kəndi (FOTO/VİDEO)
"MOZART" konteyner gəmisi Qabon sahillərinə çatıb
"Quşçu" palçıq vulkanındakı püskürmə zamanı xaric olunmuş vulkan məhsulunun sahəsi 3 hektar ərazini əhatə edir - Dövlət Qoruğunun direktoru (VİDEO)
Qubada karantin postunda saxlanılan şəxsin nəqliyyat vasitəsindən nərə balıqları aşkarlandı
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Gəncədə azyaşlı bağlı qapı arxasında qalıb
Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır - XİN
İranda koronavirusdan daha 89 nəfər ölüb
Azərbaycanda son sutkada 568 nəfər COVID-19-dan sağalıb, 287 nəfər yoluxub, 10 nəfər vəfat edib
Portuqaliyada prezident seçkilərində sesvərmə başlayıb
Kəlbəcər rayonunun Comərd kəndi (FOTO/VİDEO)
Mövlud Çavuşoğlu: “MV Mozart” gəmisi limana daxil olan kimi azərbaycanlı mühəndisin cənazəsi Vətəninə göndəriləcək
Qazi və ailəsi sosial dəstəklə təmin olunur
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkar edilib
Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Təhsil Günü ilə bağlı paylaşım edib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
İstixana sahiblərinə güzəşt olunacaq - "Azəriqaz"
Qobustan Qoruğu ziyarətçilər üçün açılır
Ötən il Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Füzuli rayonunun Aşağı Veysəlli kəndi (FOTO/VİDEO)
Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib
Porye "UFC 257" turnirinin əsas döyüşündə Makqreroru məğlub edib
Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olur
Meksikada naməlum şəxslər 19 nəfəri öldürərək yandırıblar
Peyvəndləmənin effektivliyi neftin 60 dollara qədər bahalaşmasına imkan verəcək - Proqnoz
İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfərə çatır
Fransada ötən sutka koronavirusa 23 mindən çox yoluxma qeydə alınıb
Misirdə koronavirusa qarşı kütləvi vaksinasiya başlayır
Pentaqonun yeni rəhbəri britaniyalı həmrakı ilə Rusiya və Çini müzakirə edib
İtaliyada koronavirusdan ölənlərin sayı 85 min nəfəri ötüb
Portuqaliyada prezident seçkiləri keçiriləcək
Britaniyada bir sutkada koronavirusdan 1 348 nəfər ölüb
Çili sahillərində 7 bal gücündə zəlzələ olub
Kolumbiyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri ötüb
Türkiyədə koronavirusdan sağalanların sayı 2,3 milyon nəfəri ötüb
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumunu müzakirə ediblər
Fransada 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub
Dəniz quldurları Türkiyəyə məxsus gəmini ələ keçiriblər, bir azərbaycanlı öldürülüb
Lənkəranda 14 yaşlı oğlan itkin düşüb, FHN axtarışlara başlayıb
Prezident İlham Əliyevin iqtisadi strategiyasının növbəti uğuru: "Dostluq" anlaşması - Həftənin Hadisəsi
Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 600 mindən çox artıb
Nizami küçəsinin daimi "sakinləri": Karantin rejimi bir onlara təsir etməyib (VİDEO)
Nigeriyada qaz daşıyan avtomobil partlayıb, 30 nəfər ölüb
Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
İspaniyada zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb
İran Fars körfəzində təhlükəsizlik və neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər - Zərif
Amerikalı telejurnalist Larri Kinq vəfat edib
Qətərdə koronavirusa yoluxanların sayı 150 min nəfərə çatır
Əlahiddə Ümumqoşun Orduda bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib (FOTO/VİDEO)
Şuşaya qalib kimi gəlmişik - Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada (ÖZƏL)
Şahbuz rayonunda zəlzələ olub
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub (FOTO)
Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir? - FHN
Kəlbəcər rayonunun Qamışlı kəndi (FOTO/VİDEO)
Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə Qubadlı və Xocavənddə hərbiçilərimizə zəruri ərzaq məhsulları göndərilib (VİDEO)
Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi
Qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verilir
Qaradağ rayonunda böyük iməcilik keçirildi (FOTO)
Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir: Müşahidə Şurası yaradıldı - FƏRMAN
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qarabağ Dirçəliş Fondu”na 100 min manat vəsait köçürüb
Tərtərdə karantin rejimini pozan çayxana aşkarlanıb
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
Evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
ABŞ sakini lotereyada 1 milyard dollar udub
Bütün xəbərlər