Bakı. Trend:
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.
Teatrdan Trend-ə verilən məlumata görə, baletsevərlər tərəfindən hər dəfə böyük maraqla qarşılanan bu tamaşa 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunacaq.
Əsas rollarda balet truppasının aparıcı solistləri Ayan Eyvazova (Odetta-Odilliya), əməkdar artistlər Makar Ferştandt (şahzadə Ziqfrid) və Samir Səmədov (Rotbart) çıxış edəcəklər. Tamaşada həmçinin solistlərdən Elmira Süleymanova, Səbinə Hacıdadaş, Samirə Məmmədova, Leyla Narimanidze, Dilarə Mehdiyeva, Dinara Şirinova, Kamran Qurbanov da iştirak edəcəklər.
Tanaşanın dirijoru əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyevdir.