Biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlətimiz və qüdrətli Prezidentimizlə qayıdırıq - Vidadi Muradov

Biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlətimiz və qüdrətli Prezidentimizlə qayıdırıq - Vidadi Muradov

Bakı. Trend:

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, tarix elmləri doktoru, professor Vidadi Muradovun müsahibəsini təqdim edirik.

-Vidadi müəllim, bu gün bütün dünya Qarabağ torpaqları, Qarabağ həqiqətləri uğrunda dövlətimizin, xalqımızın apardığı mübarizədən danışır...

- Bu gün bütünlükdə mübarizəmizin mənası, qayəsi bütöv Azərbaycandır. Çünki son 30 illik bir müddətdə düşmən hədəfinə çevrilən yalnız aranlı-dağlı Qarabağ deyil, bütünlükdə Azərbaycan Respublikasıdır, müstəqilliyimizdir, ərazi bütövlüyümüzdür. Biz bu gün həmin hücumların daha qabarıq formada təzahürlərini görürük. Bu vəziyyətdə kimin dost, kimin düşmən olduğunu daha aydın başa düşürük. Eyni zamanda bir xalq olaraq böyüklüyümüzü, bir amal uğrunda dövlətimizin yürütdüyü siyasəti dəstəklədiyimizi, səfərbər olduğumuzu beynəlxalq ictimaiyyətə nümayiş etdiririk. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də, Azərbaycan hökuməti də, cəbhədə-səngərdə düşmənlə üz-üzə dayanan, işğal olunmuş torpaqlarımızı qarış-qarış düşməndən azad edən əsgərimiz də, əsgər yolu gözləyən valideynlər də, övladlar da, bir sözlə, bütün vətəndaşlarımız, o cümlədən də Azərbaycan elmi ictimaiyyətinin bütün gücü Qarabağ uğrunda mübarizədə səfərbərdir. İndi Qarabağ uğrunda döyüşən əsgərlərimizin böyük əksəriyyəti heç Qarabağı görməyiblər. Onlar anadan olanda artıq mənfur işğal planları reallaşmışdı, bu gənclər Qarabağı yalnız kitablardan, qarabağlıların xatirələrindən, kinofilmlərdən, internet materiallarından tanıyırlar. Lakin onlar cəbhədə böyük ürəklə və böyük inamla döyüşürlər. Bu gün bölgəsindən, milliyyətindən, dinindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının ürəyi Qarabağla döyünür. Dövlətimizin yürütdüyü güclü azərbaycançılıq ideologiyası uşaqdan-böyüyə bizim hamımızı, Azərbaycanda yaşayan bütün millətləri və xalqları bir amal ətrafında sıx birləşdirib.

- Bu mübarizədə Azərbaycan elminin rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan elmi cəmiyyətimizi düşündürən bütün problemlər üzrə öz sözünü deməyə, sahə tədqiqatları aparmağa qadirdir. Tarixi Azərbaycan torpaqları, o cümlədən Qarabağ uğrunda xalqımızın mübarizəsində Azərbaycan aliminin öz rolu, öz dəyişməz mövqeyi var. İstər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında bu mövzuda bir-birindən maraqlı tədqiqatlar aparılıb. Tədqiqatların nəticələri müxtəlif dillərdə çap olunmuş kitablarda, jurnallarda, monoqrafiyalarda öz əksini tapıb. Alimlərimiz iştirak etdikləri beynəlxalq elmi tədbirlərdə Qarabağ həqiqətlərini dünya elmi ictimaiyyətinin diqqətinə çatdırıblar.

Bilirsiniz ki, ermənilərin yalnız Qarabağa deyil, bütünlükdə tarixi Azərbaycan torpaqlarına iddiası XIX əsrdən başlayır. Bu iddia sonrakı dövrlərdə daha kəskin forma almışdı.

Həmin dövrdən başlayaraq, istər sovet məkanında, istərsə də xaricdə çap olunan elmi əsərlərdə ermənilər Azərbaycan torpaqlarına, o cümlədən mədəni abidələrimizə, musiqimizə, mətbəximizə, geyimlərimizə, o cümlədən də xalçalarımıza olan iddialarını səsləndirməkdən çəkinmirdilər. Mən 1985-ci ildə Ermənistanın Sərdarabad tarixi-etnoqrafik muzeyində olarkən burada erməni maddi-mədəniyyətinin nümunələri kimi təqdim olunan Qarabağ, Şirvan, İrəvan, Bakı, Naxçıvan, Quba, Qazax-Borçalı, Gəncəbasar, Muğan, Dərbənd bölgələrinə aid qədim xalça və xalça məmulatlarını gördüm. Bütün xalça ekspozisiyası bütünlükdə ermənilərin qondarma “Qoar”, “Vişapaqorq”, “Berd”, “Vaanaqorq”, “Nşaqorq”, “Xaçxoran”, “Vaspurakan”, “Qoris”, “Çeraberd”, “Arçvaqorq”, “Xndzoresk”, “Arçvapar”, “Astxaavk” və s. kimi yalançı adlarla adlandırdıqları, üzərlərinə erməni əlifbası ilə sözlər əlavə etdikləri Azərbaycan xalçalarından ibarət idi. Bu yazıların həmin xalçaların bədii kompozisiyasına uyğun olmadıqları, qondarma xarakter daşıdıqları ilk baxışdan hiss olunurdu. Bununla onlar həmin xalçaların gözəlliyinə valeh olmuş sadəlövh tamaşaçını aldada bilirdilər. Bu proses yalnız Sərdarabad muzeyi ilə məhdudlaşmırdı. Sonralar İrəvandakı Ermənistan tarixi muzeyində, digər muzeylərdə də eyni vəziyyətin şahidi olmuşam.

Bilirsiniz ki, Ermənistandakı əksəriyyəti tarixi-etnoqrafik səciyyə daşıyan muzeylərin demək olar hamısının fondu xalçalar da daxil olmaqla Azərbaycan maddi-mədəniyyət nümunələrindən – zərgərlik məmulatlarından, geyimlərdən, ev müxəlləfatından, silahlardan, kənd təsərrüfatı alətlərindən ibarət idi. Azərbaycan alimləri hələ o dövrlərdə bu iddiaların daha geniş miqyas alacağını, daha da kəskinləşərək münaqişə ocağına çevriləcəyini bildirirdilər. Sovet rəhbərliyindən, SSRİ elmlər akademiyasının rəhbərliyindən bu əsassız iddialara cavab verməyi, ermənilərin saxtakarlıqlarının qarşısını almağı tələb edirdilər. Lakin ötən əsrin 70-ci illərinə qədər zaman və hakimiyyət ermənilərin xeyrinə işləyirdi. Bəzən o illərdə Azərbaycan alimlərini ermənilərə layiqli cavab verməməkdə, sayıqlığı itirməkdə günahlandırırlar. Lakin bu, belə deyil. Çünki o vaxt ermənilərə cavab verərək, onların hücumlarının qarşısını almaq istəyən Azərbaycan alimləri, sözün əsl mənasında, repressiyaya məruz qalırdılar. Ən yaxşı halda ya elmdən uzaqlaşdırılır, ya da həbs olunurdular. Ermənilər isə “Böyük Ermənistan” planlarını sətir-sətir, kitab-kitab cəmiyyətin düşüncəsinə yeridir, özlərinə tərəfdar, havadar toplayırdılar. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi, Sovet rəhbərliyində təmsil olunduğu dövrlərdə ermənilərin bu fəaliyyətinin qarşısı alınmışdı. Heydər Əliyev amili aradan qaldırıldıqdan sonra ermənilər öz istəklərinə nail olmaq üçün hərəkətə keçdilər. 1980-ci illərin sonlarında uydurma “Dağlıq Qarabağa müstəqillik” ideyasının da əsasında illər boyu ermənilər damla-damla topladıqları həmin o saxta elmi potensial, sovet məkanında və xaricdə nəşr olunmuş əsərlər dayanırdı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra, təkcə Qarabağ haqqında deyil, bütünlükdə Azərbaycan haqqında tarixi həqiqətləri dünyaya çatdırmaq imkanı qazanmışıq. Hər bir Azərbaycan alimi öz elmi istiqaməti, biliyi çərçivəsində bu prosesdə iştirak edir. İndi alimlərimizin dünyaya çıxış imkanı daha genişdir. Müxtəlif xarici ölkələrdə çalışan onlarla Azərbaycan alimi bu gün bizim xaricdəki elmi diasporumuzu təmsil edir, Azərbaycan ideologiyasının dünyada tanıdılmasına çalışır. Bu gün dünyada vətənimiz, xalqımız haqqında təsəvvürlərin, fikirlərin dəyişilməsində ölkəmizdə keçirilən bir çox nüfuzlu elmi tədbirlərin də rolu danılmazdır. Azərbaycan bütün dünya alimlərinin tədqiqat aparması üçün açıq bir məkandır. Bir xarici ölkə aliminin ölkəmizi tədqiq etməsi, bizimlə əməkdaşlıq etməsi, dediyimizi təkrar etməsi deyil - sadəcə gördüyü həqiqətləri deməsi, yazması Azərbaycan elminin maraqlarına uyğundur.

-Bəs, xalçaşünaslıq elmimizin bu mübarizədə hansı rolu var?

- İlk növbədə, Azərbaycan sovet xalçaşünaslıq elmi ilə müstəqillik illərində, xüsusilə, 2000-ci illərin əvvəllərindən indiyədək olan dövrü əhatə edən xalçaşünaslıq elminin məzmunundakı və istiqamətlərindəki fərqi qeyd etməyi zəruri hesab edirəm. Belə ki, artıq qeyd etdiyimiz kimi, sovet hakimiyyəti illərində Azərbaycan elmi ideologiyaya “sərf edən” forma və məzmunda inkişaf edirdi. Əsasən, hökumətin maraqlarına uyğun, təbii ki, milli maraqlarımızın ziddinə olan mövzular daha çox tədqiqata cəlb olunurdu. Bu mənada, Azərbaycan xalçaçılığı da dövlətin istədiyi kimi tədqiqata cəlb olunurdu. Ermənilər sovetlər məkanında Azərbaycan xalçalarını öz adlarına çıxardıqları bir vaxtda, Azərbaycan alimlərinə yalnız xalçanın naxışlarını, bədii-stilistik üslublarını, forma və ölçülərini öyrənmək üçün şərait yaradılır, xalçalarımız yanlış olaraq adlandırılır, öz kökündən uzaqlaşdırılırdı. Azərbaycan cəmiyyətində “xalça yalnız muzeydə olmalıdır, xalça sənətdir, xalça əlçatmazdır” düşüncəsi yeridilmişdi ki, bu da bizi xalçamızdan uzaqlaşdırırdı. Bizim öz xalçamıza münasibətimizlə bir xarici vətəndaşın bizim xalçamıza münasibəti arasında heç bir fərq yox idi. Bu, məlum ideologiyaya daha münasib bir taktika idi. Lakin müstəqillik qazandıqdan sonra bizim bir çox milli reallıqlarımıza, o cümlədən xalçamıza da münasibətimiz, əsasən də elmi yanaşmamız dəyişdi. Azərbaycan xalçasının yaşı Azərbaycan dövlətçiliyindən də qədimdir. Xalça bu gün heç bir yazılı mənbələrdə rast gəlinməyən, tarixin qaranlıq səhifələrində it-bata düşən milli rəmzlərimizin, işarələrimizin, damğalarımızın məcmusudur. Hələ, kağız olmayan dövrdə, yazı mədəniyyətinin formalaşmadığı tarixi mərhələdə Azərbaycan insanının yaratdığı kitabədir. Xalçanı yaradan türk onun gələcəkdə bir sənət sahəsinə çevriləcəyi ehtimalını düşünməyib bəlkə də. Amma həmin xalça yaradıcılığı mərhələsində onun ifadə vasitəsi, üsulu məhz xalça olub. Bu baxımdan, Azərbaycanın ilk xəritəsi də, ilk əlifbası da, ilk tarixi salnaməmiz də məhz xalçadır. Son illərdə Azərbaycan xalçası Azərbaycan tarixinin əsas mənbələrindən biri kimi elmi tədqiqat obyektinə çevrilib. Yerli və xarici mütəxəssislər bu istiqamətdə bir-birindən maraqlı əsərlər hazırlayıblar. 2017-ci ildə ölkəmizdə keçirilmiş Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunda dünya xalçaşünasları əldə etdiyi nailiyyətləri bir daha bölüşə biliblər. Təbii ki, 2016-cı ildə yaradılmış AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektoru milli xalçaşünaslıq elmimizin inkişafında yeni bir mərhələ, ənənələrin müasir elmi tələblər əsasında davamıdır. Sektorda indiyədək xalçaçılığın müxtəlif istiqamətləri üzrə nəzəri və praktik tədqiqatlar aparılıb, monoqrafiyalar, kitablar nəşr olunub.

- Azərbaycan xalçaçılığı kontekstində Qarabağda xalçaçılığın yeri və rolu necədir?

-Azərbaycan xalçaçılığında Qarabağ xalçaçılığı aparıcı istiqamətlərdən biridir. Çünki “Qarabağ xalçaçılığı” anlayışı altında Azərbaycanın Şuşa, Ağdam, Füzuli, Tərtər, Xankəndi, Xocalı, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Ağdərə, Laçın, Xocavənd, Beyləqan, Ağcabədi, Bərdə, Zəngilan kimi rayonlarını əhatə edən aranlı-dağlı geniş bir coğrafi arealda formalaşmış tarixi xalçaçılıq ənənələri və onların müasir vəziyyəti öyrənilir. Qarabağda milli xalçaçılığımıza xas olan bütün texnoloji xüsusiyyətlər uğurla sınaqdan keçirilib. Burada tarixin sonrakı mərhələlərində digər xalçaçılıq bölgələrinədək yayılan xovlu və xovsuz xalça çeşniləri yaranıb. Hətta, burada yaranmış bir çox xalça çeşniləri, məsələn, inkişafı birbaşa Qarabağla əlaqədar olan “Əjdahalı” çeşnisinin deformasiyası əsasında xalq arasında “Malıbəyli”, “Qasımuşağı” kimi adlanmış xovlu xalça çeşniləri, vərnilər və s. toxunmuşdur. Qarabağ həm də xalça ustalarının vətəni olub. Burada xalçaçılığı öyrənmək üçün dərnəklər, emalatxanalar fəaliyyət göstərib. Həmin sənət ocaqlarında bu gün bizə qarşı əsassız iddialarla çıxış edən ermənilər də xalça toxumağı öyrəniblər. O qədər yaxşı öyrəniblər ki, indi Amerikada, Avropa ölkələrində, Xankəndidə yaratdıqları emalatxanalarda Azərbaycan xalçası toxuyaraq dünyaya “erməni sənətkarlıq” nümunəsi kimi təqdim edirlər. Biz bu cür hallarla mübarizə aparırıq. Dünyaya Azərbaycan xalçalarının etnik mənşəyi, simvolikası, rəmzləri, rəng palitrası və s. kimi milli özünəməxsusluqlar haqqında, bu xalçaları yaradan və yaşadan tayfalar haqqında, xalçanın bizim milli məişətimizlə, xalq təsərrüfatımızla, təbiətimizlə, iqlimimizlə bağlılığı haqqında məlumatlar veririk.

- Azərbaycan xalçası ticarət, əmtəə məhsuluna çevrilməlidirmi?

- Bu məsələyə dair təzadlı fikirlər var. Xalça ticarətinə obyektiv yanaşmaq üçün qədim və yeni xalçanın fərqini bilməliyik, hansı xalçanın tarixi abidə hesab olunmasının standartlarına bələd olmalıyıq. Düşüncəmizdəki “xalça yalnız muzeydə olur” stereotiplərini aradan qaldırmalıyıq. Dövlətimizin yürütdüyü uğurlu iqtisadi inkişaf strategiyasında xalçaçılığın xüsusi yeri olduğunu, 2016-cı ildə yaradılmış “Azərxalça” ASC-nin respublikamızın 20 rayonunda 21 xalça emalatxanasının olduğunu və bu emalatxanalarda Bakı (Abşeron), Qarabağ, İrəvan, Naxçıvan, Şirvan, Gəncəbasar, Quba, Qazax-Borçalı, Təbriz, Muğan xalça qruplarının texniki və bədii standartları əsasında yeni xalçalar toxunduğunu, Azərbaycan brendi kimi dünyaya ixrac olunduğunu bilməliyik. Yeni toxunan xalça, şübhəsiz ki, əmtəə məhsuludur. Xalça ticarətinin özünün ideoloji tərəfləri var. Məsələn, xaricə satılan bir Azərbaycan xalçası həmin ölkədə təmsil olunan Azərbaycandır. O xalça Azərbaycan təbiətidir, Azərbaycan xammalıdır, Azərbaycan naxışlarıdır və ən əsası Azərbaycan toxucusunun ilmələrə köçmüş enerjisidir. İndi xalçalarımızın dünyaya ixracı milli mənafelərimizə uyğun standartlar əsasında həyata keçirilir. Xalçaların lavərində onun Azərbaycana mənsubluğu, hansı qrupun texnologiyası əsasında toxunması göstərilir. Hər yeni xalça üçün xüsusi sertifikat hazırlanır. Bu mənada, yeni xalçalarımızın ticarəti ölkəmizin təbliğatı üçün də xüsusi əhəmiyyət kəsb edir.

-Beynəlxalq xalça ticarətində Qarabağ xalçalarına maraq göstərilirmi?

- Qarabağ xalçalarına maraq heç vaxt azalmayıb. Bu tarixən belə olub. Sovet dövrünə qədər də, sovet dövründə də, müstəqillik illərində də. Hətta Qarabağın məşhur xalçaçılıq məntəqələri işğal olunandan sonra da, xarici bazarlarda bu xalçalara tələbat yüksək olub. Xaricdəki sərgilərdə hər zaman qonaqların Qarabağ xalçaları, onların simvolikası, naxışları ilə xüsusilə maraqlandıqlarının şahidi olmuşuq.

- Ordumuzun qələbələri Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcıdır. Sizcə, Azərbaycan xalqı işğaldan azad olunan torpaqlarımıza, Qarabağa necə qayıdır?

- Bu illər ərzində Dağlıq Qarabağın və onun ətrafında olan rayonlarımızın işğalı cəmiyyətimizin ən ağrılı problemi olub. Bu problem iqtisadi, sosial, mədəni, elmi inkişafımızı ləngidib. Lakin Qarabağ problemi bizi daha da mətinləşdirib, hər birimiz qəlbimizdə Qarabağa bir heykəl ucaltmışıq. Əslində, bu milli özünüdərk, milli oyanış prosesində olduqca mühüm bir mərhələ idi. Biz tarixən itirdiklərimizə - həm ərazi baxımından, həm sərvətlər baxımından, həm maddi-mədəniyyət baxımından – bir daha, daha obyektiv şəkildə baxmağa başladıq. Ən azı, XVI əsrdən bu yana - Azərbaycan Səfəvilər dövlətindən indiyədək itirdiklərimizi, İrəvanımızı, Zəngəzurumuzu düşündük. Qarabağ itkisi bizi silkələdi. Bu gedişlə daha hansı ərazilərimizi itirə biləcəyimizi, əhalimizin hansı vəziyyətə düşəcəyini düşündük. Torpağımızı, xalqımızı, çoxmillətli Azərbaycanı qoruduq, milli-mənəvi dəyərlərimizə sahib çıxdıq. Müstəqilliyin sevincini duymağa imkan tapmadan üzləşdiyimiz torpaq itkisi, əhali itkisi bizi sərtləşdirdi, mətinləşdirdi. Dağlıq Qarabağ və ətraf rayonlar işğal altında olsa da, dövlətimiz bu ərazilərdən köçürülən əhaliyə sahib çıxmağı, onları düşdükləri çətin vəziyyətdə qorumağı, müdafiə etməyi bacardı. Onların məskunlaşmaları üçün qəsəbələr yaradıldı, onlar ayrı-ayrı sahələr üzrə iş yerləri ilə təmin olundular. Dövlətimiz həmin rayonların inzibati quruluşunu maksimal səviyyədə mühafizə etdi, rayonlarda vaxtilə fəaliyyət göstərmiş bir çox idarələr, o cümlədən hüquq-mühafizə orqanları, məktəblər, uşaq bağçaları, xəstəxanalar, muzeylər, mədəniyyət evləri, klublar və s. öz işini davam etdirdi. Məcburi köçkünlərin hər biri öz rayonları üzrə qeydiyyatda saxlanıldılar, üstəlik köçkünlük dövründə dünyaya gələn körpələrin də doğum şəhadətnaməsində onların ailələrinin aid olduqları Laçın, Kəlbəcər, Şuşa, Füzuli, Ağdam, Zəngilan və s. kimi işğal olunmuş rayonların və kəndlərin adları qeyd olundu. Beləliklə, Qarabağdan olan, ancaq Qarabağda doğulmayan uşaqlar Qarabağ sevgisi ilə böyüdüldü. Biz Qarabağa bu gənclərin alovlu vətən sevgisi ilə qayıdırıq. Qarabağın işğal olunmuş ərazilərindən qundaqda olanda atasının qucağında çıxan körpələr bu gün Qarabağa tankın üstündə vətənpərvər və peşəkar zabitlər kimi qayıdırlar. Biz Qarabağa dünyanın müxtəlif ölkələrində çalışan, vətənin dar günündə köməyə gələn, ürəyində vətən sevgisi daşıyan gənclərlə qayıdırıq. Biz Qarabağa yumruq kimi birləşən xalq, bütövləşən Azərbaycan kimi qayıdırıq. Biz Qarabağa yenilməz Müzəffər Ali Baş Komandanımız, güclü Ordumuzla, siyasi, sosial-iqtisadi, elmi, mədəni nailiyyətlərimizlə qayıdırıq. Nəhayət, biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlətimiz və qüdrətli Prezidentimizlə qayıdırıq.

- Bəs, Qarabağ xalçaçıları hansı nailiyyətləri ilə qayıdırlar?

- Azərbaycan xalçaçısı bu gün Qarabağa üzüağ, alnıaçıq qayıdır. Çünki bu illər ərzində xalça toxumağı bacaran heç bir xalçaçı bu sənətdən üz döndərməyib. Qarabağ xalçasına və xalçaçısına dövlətimiz özü sahib çıxıb, qayğı göstərib. Xarici ölkələrdə təşkil olunan sərgilərdə Azərbaycan xalçalarından ibarət ekspozisiyalarda qədim Qarabağ xalçaları sərgilənib. Dövlətimizin Ağdamda, Füzulidə, Tərtərdə, Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları qəsəbədə yaratdığı xalçaçılıq emalatxanalarında yüzlərlə qarabağlı qadın Qarabağ xalçası toxuyur. Bu həm sosial-iqtisadi, həm mədəni, eyni zamanda da siyasi əhəmiyyət kəsb edən bir məsələdir. Əminəm ki, bu gün respublikamızın ərazisində yaradılan geniş xalça istehsalı şəbəkəsinin işğaldan azad olunmuş və olunacaq rayonlarımızda da yeni məntəqələri yaranacaq.

- Azərbaycan elminin də Qarabağa dair yeni layihələri olacaq...

- Azərbaycan elminin digər sahələri ilə yanaşı, təmsil etdiyim tarix, etnoqrafiya elmi istiqamətləri üzrə Qarabağa dair yeni və əyani tədqiqatlar aparılacaq. Biz böyük təəssüf hissi ilə Qarabağ həqiqətlərinə dair məlumatları yalnız ayrı-ayrı mənbələrdən əldə edib işləyə bilirdik. Öz torpaqlarımızdan, təbiətimizdən, abidələrimizdən uzaq düşmüşdük. Arzum budur ki, yaxın gələcəkdə Şuşada Azərbaycan Milli Elmlər Akademiyasının fundamental elmi tədqiqatlar aparan Qarabağ Bölməsi yaradılsın. Burada ölkəmizin aparıcı alimləri tədqiqatlar aparsınlar. Şuşada, Xankəndidə fəaliyyət göstərmiş ali təhsil ocaqları fəaliyyətlərini bərpa etsinlər. Tarixi abidələrimizin mühafizəsi təşkil olunsun. Müasir tələblərə cavab verən, dünyanı Azərbaycan həqiqətləri ilə tanış edəcək regional tarixi-etnoqrafik muzeylər yaradılsın. Bu muzeylərdə Qarabağın digər maddi-mədəniyyət nümunələri ilə yanaşı, qədim xalçaları da nümayiş olunsun. Dünya Qarabağın əsl sahiblərini, bu mədəniyyəti, sənətkarlığı kimlərin yaratdığını obyektiv şəkildə qiymətləndirə bilsin.

-Müsahibə üçün çox sağ olun.

“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Beynəlxalq sərgidə Azərbaycanın turizm imkanları təbliğ olunub
Beynəlxalq sərgidə Azərbaycanın turizm imkanları təbliğ olunub
Loading Bars
Xəbər lenti
Gürcüstanda kömür mədənində uçqun nəticəsində 1 nəfər həlak olub
Britaniyada "omikron" ştammı aşkarlanıb
Taliban gələn ilə qızlar üçün məktəblər açmağı planlaşdırır
BMT Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır
İtaliyada "omikron" ştammına ilk yoluxma qeydə alınıb
Soçi görüşündə Ermənistana bir daha çatdırıldı ki, götürülən öhdəliklər tam şəkildə həyata keçirilməlidir - Sabiq nazir
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışları qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)
28-ci Dünya Yaş Qrupları Yarışları: kişilər arasında qoşa mini batutda tullanma üzrə qaliblər müəyyənləşib
Almaniyada koronavirusun yeni ştammı aşkarlanıb
Bakıda Dünya Yaş Qrupları yarışları çərçivəsində Rusiyalı idmançı tamblinq üzrə birinci yeri tutub
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında batutla fərdi tullanma üzrə birinci yeri tutub
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış edib
Bakıda qadınlar arasında qoşa mini-batutda tullanma üzrə Dünya Yaş Qrupları yarışlarının qalibləri müəyyənləşib
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb
Bakıda keçirilən Dünya Yaş Qrupları Yarışlarında batutda sinxron tullanma üzrə finalçılar məlum olub
Qazaxıstanlı idmançı Bakıda akrobatik tullanma üzrə Dünya Yaş Qrupu Yarışlarının qızıl medalını qazanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışlarının üçüncü gününün ən gözəl anları (FOTO)
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında fərdi batutla tullanmada qızıl medal qazanıb
Pauerlifterimiz Dünya çempionatının qızıl medalını qazanıb
Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarına çox ciddi hazırlaşmışam - Danimarkalı idmançı
Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan olunur
Şəhid Kərimov Mustafa Mais oğlunun ad günü münasibətilə anım mərasim keçirilib (FOTO)
Soçi görüşünün vacib məqamlarından biri də regionda yolların açılması ilə bağlı qərarlar oldu - TƏHLİL
Azərbaycanın sədrliyi ilə MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclası keçirilib (FOTO)
Azercell sosial şəbəkələrdə yarışma elan edir
“Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qranta layiq görülüb (FOTO)
Ombudsmanın nümayəndəsi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi üzrə seminarda iştirak edib
Prezident İlham Əliyevin növbəti diplomatik uğuru
Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir - Korotçenko
Əli Nağıyev İtaliyanın Maliyyə Qvardiyasının baş komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 1 617 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb
Prezident İlham Əliyev ilə Aleksandr Lukaşenko arasında telefon söhbəti olub
Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb
Paytaxtda bir neçə tanınmış şadlıq sarayında qanun pozuntuları aşkarlanıb (FOTO/VİDEO)
Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub (FOTO/VİDEO)
Azərbaycan davamlı sülh istiqamətində atdığı addımların qarşılığını Ermənistandan gözləyir - Ceyhun Bayramov
Azərbaycan şirkəti ölkə xaricində Qlobal bankın tenderində qalib oldu!
İƏT üzv dövlətləri Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılmasına dair qərar qəbul etdi (FOTO)
Azərbaycan gimnastı qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə finala çıxıb
Vətəndaşları aldadaraq onların 90 min manatını mənimsəyən qadın saxlanılıb (FOTO)
İranda ötən sutka 87 nəfər koronavirusdan ölüb
Avtobus sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur - BNA
Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub
Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları davam edir (FOTO)
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək - Çavuşoğlu
SOCAR 1500-dən çox işçinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib
Yeni Dünya Nizamı və Hindistan
Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır – Türkiyə Prezident Administrasiyası
DSMF ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” beynəlxalq standartı üzrə sertifikatlaşmanı yekunlaşdırdı
Prezident İlham Əliyevin mövqeyi Soçidə qəbul olunan birgə bəyanatda qeyd-şərtsiz öz əksini tapıb - Deputat
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub
Xocasəndə 2500-dən çox ağac əkilib (FOTO)
Füzuli rayonunun Qoçəhmədli kəndi (VİDEO)
Yük avtomobillərinin gün ərzində yollarda hərəkəti tıxaca səbəb olur - DYP
CAR-da "omikron" ştammına 50 yeni yoluxma qeydə alınıb
Bakının bu yollarında hərəkət məhdudlaşdırılıb
Milli Gimnastika Arenasında özümüzü çox rahat hiss edirik – İsrail gimnastları
Soçi görüşü Azərbaycanın güclənən mövqeyini, Ermənistanın isə reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi - Vüqar Rəhimzadə
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçirilir (FOTO)
Sosial şəbəkələrdə narkotik satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri cərimələnib (FOTO)
Bazar günü hava necə olacaq?
Prezident İlham Əliyev əvvəllər olduğu kimi qalib görünürdü - "Kommersant" Soçi görüşü barədə
Rusiyada silah zavodunda partlayış olub - Xəsarət alanlar var
Şəmkirdə bazar yandı (VİDEO)
Uşaqlarını tək böyüdən və çoxuşaqlı qadınların işlə təminatı üçün sosial müəssisə yaradılacaq
Şamaxıda qadını şantaj edib, qızıllarını alan şəxs saxlanıldı
Bakı Milli Gimnastika Arenasında çıxış etmək inanılmazdır – Qazaxıstan gimnastı
Soçidəki görüş doğru istiqamətdə atılan böyük addımdır - Amerikalı ekspertlər
Gələn il Bakıda mənzil qiymətləri stabilləşə bilər - Ekspert
“Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda toplantı keçirilib (FOTO)
Ötən gün COVID pasportu olmayan 70 nəfər toya buraxılmayıb
Vaksinlə bağlı əks-göstəriş sertifikatı alanların sayı açıqlanıb
Mədəkiçiltmə əməliyyatından öncə psixoloqa müraciət etmək tövsiyə olunur - Həkim
Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının ikinci günü start götürüb (FOTO)
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
Azərbaycan-Rusiya münasibətləri müstəqillik tariximizdə ən yüksək dövrünü yaşayır - TƏHLİL
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı beynəlxalq konfransda iştirak edir
Yaxın zamanda azad olunmuş ərazilərdə 11 hidroloji məntəqənin quraşdırılmasına başlanılacaq - ETSN
Azərbaycan nefti kəskin ucuzlaşıb
Bakıda mənzillərə istilik niyə tam verilmir? - AÇIQLAMA
Ərdoğan Türkmənistana səfər edəcək
Xəzər dənizində zəlzələ qeydə alınıb
Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Şimali İrlandiyada qasırğa bir nəfərin ölümünə səbəb olub
8 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilir
"Moderna" koronavirusun yeni ştammına qarşı peyvənd hazırlayacaq
ABŞ-da ticarət mərkəzində atışma olub
Aİ-nin paytaxtında Uber qadağan edildi
Makron BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək
ÜTT pandemiya fonunda 4 il sonra ilk nazirlər konfransını təxirə salıb
Rusiya və Çin Türk Dövlətləri Təşkilatının təbii üzvləridir - Binəli Yıldırım
Koronavirusun yeni ştammına "omikron" adı verildi
Soçidəki üçtərəfli görüşü tarixi adlandırmaq olar - Slutski
Bakı uğur gətirir - Dünya Yaş Qrupları Yarışlarının qızıl medalçısı
Türkiyə 5 ölkə üçün sərhədlərini bağladı
Meksikada ağır yol qəzası olub, çox sayda ölən və yaralanan var
Azərbaycan növbəti dəfə qarşısına qoyduğu məqsədlərə nail oldu - Soçi görüşünün TƏHLİLİ
Bütün xəbərlər