Bakı. Trend:
Oktyabrın 1-də görkəmli rus bəstəkar Pyotr Çaykovskinin
“Qaratoxmaq qadın” operasının tamaşası keçirildi. Üç pərdə və yeddi
şəkildən ibarət opera Aleksandr Sergeyeviç Puşkinin eyniadlı
povesti əsasında yazılıb.
Tamaşada əsas rollarda Xalq artistləri Fidan Hacıyeva, Əkrəm
Poladov, Əməkdar artistlər Səbinə Əsədova, Fərid Əliyev, Fəridə
Məmmədova, Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Yefim Zavalnıy
və başqaları çıxış etdilər
Tamaşanın quruluşçu rejissoru Həştərxan Dövlət Akademik Opera və
Balet Teatrının baş rejissoru Aleksey Smirnov, musiqi rəhbəri və
dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar
incəsənət xadimi Sevil Hacıyevadır.
Qeyd edək ki, P.Çaykovskinin böyük rus şairi, yazıçı və dramaturq A.Puşkinin “Qaratoxmaq qadın” povesti əsasında yazdığı opera ilk dəfə 1890-cı ildə Peterburqda Mariinski Teatrında tamaşaya qoyulub və ötən müddətdə bir çox ölkələrin səhnələrini bəzəyib.