...

Sürücülərin nəzərinə - Bu yolda təmir gedir

Gündəm Materials 14 May 2018 11:02 (UTC +04:00)
Bakı-Dairəvi 1 avtomobil yolunda təmir işləri aparılır.
Sürücülərin nəzərinə - Bu yolda təmir gedir

Bakı. Samir Əli - Trend:

Bakı-Dairəvi 1 avtomobil yolunda təmir işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Dairəvi 1 avtomobil yolunda əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılacaq.

Bununla əlaqədar olaraq 14 may 2018-ci il tarixində axşam saatlarınadək sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti