...

Dövlət Agentliyi sürücülərə müraciət etdi: Bu yolda hərəkət zamanı diqqətli olun

Gündəm Materials 6 Avqust 2018 10:27 (UTC +04:00)
Bakı-Dairəvi 1 avtomobil yolunda (Biləcəri-Bakı-Sumqayıt yol ayrıcında) yol nişanlarının və lövhələrin sökülməsi və Abşeron rayonu, Dalğa plazanın qarşısından Novxanı istiqamətinə üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Dövlət Agentliyi sürücülərə müraciət etdi: Bu yolda hərəkət zamanı diqqətli olun

Bakı. Samir Əli - Trend:

Bakı-Dairəvi 1 avtomobil yolunda (Biləcəri-Bakı-Sumqayıt yol ayrıcında) yol nişanlarının və lövhələrin sökülməsi və Abşeron rayonu, Dalğa plazanın qarşısından Novxanı istiqamətinə üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti