...

Bibiheybətdəki sürüşmənin SƏBƏBLƏRİ ilə bağlı ETSN-dən RƏSMİ

Gündəm Materials 25 Noyabr 2019 11:50
Bayıl ərazisi sürüşməyə meyilli ərazi olduğundan ciddi nəzarətdə saxlanılır.
Bibiheybətdəki sürüşmənin SƏBƏBLƏRİ ilə bağlı ETSN-dən RƏSMİ

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bayıl ərazisi sürüşməyə meyilli ərazi olduğundan ciddi nəzarətdə saxlanılır.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geologiya Kəşfiyyat xidmətinin baş mühəndisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazidə daha əvvəl - 2018-ci ilin fevral ayında Bayıl dərəsinin sağ yamacında sürüşmə baş vermişdi. Bir müddət əvvəl isə, oktyabr ayında Badamdar ərazisində sürüşmə hadisəsi qeydə alınıb: "Ötən gün axşam saatlarında isə Bibiheybət məscidinə yaxın olan bu ərazidə sürüşmə baş verib. Təxminən yolun 80-100 metrlik hissəsində sürüşmə qeydə alınıb. Prosesə səbəb insan amilidir. Keçən həftə bu ərazi barədə məlumat vermişdim. Baxmayaraq ki, layların yatım istiqaməti qərb tərəfədir, yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur. Atmosfer çöküntülərinin intensiv olması ilə bağlı torpaq qatı ağırlaşır, təzyiq artıq və sürüşmə baş verir. Gəmiqayırma zavodu tərəfdə inşa edilən istinad divarının çökməsi tipli hadisə təkrar qeydə alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti