...

Bakıda tramvay xətlərinin bərpası ilə bağlı xarici şirkətlərə müraciət edilib

Gündəm Materials 17 Dekabr 2019 11:35 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.
Bakıda tramvay xətlərinin bərpası ilə bağlı xarici şirkətlərə müraciət edilib

Bakı. Elçin Mehdiyev – Trend:

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, C.Qurbanov mətbuat konfransında bildirib ki, Bakıda tramvay xətlərinin bərpa edilməsi bir az çətindir:

“Vaxtında Bakıda tramvay xətlərini sökməklə şəhərə ziyan vurublar. Onun yerinə xətlər tikmək bir az çətindir. Ancaq bu məsələ haqqında da düşünülür. Bakı şəhəri sıxdır. Tramvay xətləri ilə bağlı xarici şirkətlərə də müraciət etmişik, özümüz də biznes plan hazırlayırıq. Baxaq, görək nə olar. Fikirləşirik ki, Biləcəridən Pirşağı tərəfə, həm də Əhmədli, Nasoslu, Maştağa, Pirallahı tərəfə xətlər çəkilə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti