...

Sabah Bakının əsas prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Gündəm Materials 28 Avqust 2020 16:14 (UTC +04:00)
Sabah Bakının əsas prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı. Samir Əli - Trend:

29 avqust tarixində səhər saat 10:00-dan axşam saat 17:00-dək Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən hissədə zolaqlar üzrə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq:

"Sürücülərdən ərazidə sıxlığın yaşanmaması üçün prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti