...

Təhsil İnstitutuna yeni direktor təyin edilib

Gündəm Materials 7 Yanvar 2021 11:32 (UTC +04:00)
Təhsil İnstitutuna yeni direktor təyin edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil İnstitutuna yeni direktor təyin edilib.

Trend-in məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifə Rüfət Əzizova həvalə olunub.

Məlumat üçün bildirək ki, Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. R.Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Yaxın saatlarda Təhsil naziri yeni direktoru Təhsil İnstitutunun kollektivinə təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti