...

20 Yanvar günü marşrutların hərəkət trayektoriyası dəyişdiriləcək - BNA

Gündəm Materials 18 Yanvar 2021 17:46 (UTC +04:00)
20 Yanvar günü marşrutların hərəkət trayektoriyası dəyişdiriləcək - BNA

Bakı. Samir Əli - Trend:

20 Yanvar faciəsinin 31-ci ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, sözügedən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti