...

Misir Qəzza zolağı ilə sərhədi bağlayıb

Gündəm Materials 23 Avqust 2021 06:05 (UTC +04:00)
Misir Qəzza zolağı ilə sərhədi bağlayıb

Bakı. Trend:

Misir Qəzza zolağı ilə sərhədini bağlayıb.

Trend "TASS"a istinadən xəbər verir ki, Rafah buraxılış məntəqəsində keçid hər iki istiqamətdə növbəti göstəriş verilənə qədər dayandırılıb.

Bildirlir ki, Qahirə şənbə günü iğtişaşların yaşandığı İsrail ilə sərhəddə sülhü təmin edə bilməyən Həmas hərəkatının hərəkətsizliyinə etiraz olaraq bu qərarı verib. Yüzlərlə sektor sakini anklavın şimalındakı təhlükəsizlik çəpərinin üstündən keçməyə çalışaraq cavab atəşi açan israilli əsgərlərə partlayıcı qurğular atıb. Nəticədə 20-dən çox fələstinli yaralanıb, İsrail sərhəd polisinin bir əməkdaşı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti