...

“WhatsApp”da çoxdan gözlənilən yenilik - Söhbətlərə "Gizli Kod" əlavə edə biləcəksiniz

Gündəm Materials 1 Dekabr 2023 13:25 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“WhatsApp” “gizli kod” adlı yeni funksiyasını təqdim edib.

Trend-in məlumatına görə, gizli kodlar telefonunuzun öz şifrəsindən asılı olmayaraq, kilidlənmiş söhbətlərə əlavə məxfilik qatı əlavə edəcək.

Beləliklə, siz həm bu kodu, həm də söhbətə girərkən istifadə etdiyiniz təhlükəsizlik metodundan istifadə edə biləcəksiniz.

Həmçinin, kilidlənmiş söhbətlər qovluğunu söhbət siyahısından gizlədə biləcəksiniz. Gizli kod kilidlənmiş söhbətlərə yalnız axtarış panelindən daxil olmağa imkan verəcək. Bu kod axtarılan zaman çatlara da daxil olmaq mümkün olacaq.

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti