Bakı. Trend:
Yasamal rayonu ərazisində bir nəfərə məxsus bank kartından 3781 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 19 yaşlı A.Həmidov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.