...

Yardımlıda 35 kənd işıqsız qalıb

Hadisə Materials 2 Fevral 2012 13:02 (UTC +04:00)
Qarlı-şaxtalı hava şəraiti Yardımlıda 35 kəndi işıqsız qoyub.
Yardımlıda 35 kənd işıqsız qalıb

Azərbaycan, Lənkəran, 2 fevral /Trend, müxbir A.Salmanov/

Qarlı-şaxtalı hava şəraiti Yardımlıda 35 kəndi işıqsız qoyub.

Trend-in bölgə müxbirinin verdiyi məlumata görə, elektrik xətlərində buzlaşma səbəbindən qırılmalar olduğundan Yardımlının 35 kəndində elektrik enerjisi kəsilib.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün Şirvan regional elektik şəbəkəsinə müraciət olunub.

Lerikdə isə güclü qar hələlik problemlər yaratmayıb.

Cənub bölgəsində qarın qalınlığı Lerikin dağlarında 50, rayon mərkəzində isə 35 sm-dir.

Xəbər lenti

Xəbər lenti