Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda yaşayış binasında partlayış olub, xəsarət alan var.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda partlayış nəticəsində ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 2-ci mərtəbəsində mənzil 12-də partlayış olub.
Ümumi sahəsi 68 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin əsas divarları və 3 otağının tavanı, 1-ci mərtəbədə isə mənzil 10-da yaşayan digər vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan 3 otaqlı mənzilin 2 otağının əsas divarları dağılıb.
Partlayış zamanı mənzil 12-də yaşayan Hüseynova Pərvanə Alı qızı müxtəlif dərəcəli yanıq xəsarəti ilə Yanıq Mərkəzinə aparılıb.
Hadisə ilə əlaqədər müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.