...

Bakı-Sumqayıt şossesində piyada avtomobillə vurularaq ölüb

Hadisə Materials 30 Aprel 2013 11:36 (UTC +04:00)
Bakı-Sumqayıt şossesində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bakı-Sumqayıt şossesində piyada avtomobillə vurularaq ölüb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İzzət/

Bakı-Sumqayıt şossesində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 30-da saat 01:05 radələrində Bakı-Sumqayıt şossesinin 3-cü km-də Bərdə rayon sakini Mətləb Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyada Pərviz Orucovu vurub.

Nəticədə piyada Orucov aldığı xəsarətdən hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti