Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İzzət/
Balakən rayonu ərazisində Bəxtiyar Qurbanovu qətlə yetirmiş və onun qardaşı Şahini yaralamış şəxs tutulub.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, iyulun 3-də Balakən rayonunun Tülü kəndi ərazisində naməlum şəxs ov tüfəngindən atəş açaraq kənd sakinləri Bəxtiyar Qurbanovu qətlə yetirib, onun qardaşı Şahini isə yaralayıb.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş İtitala kənd sakini Qasım Mahmayev tutularaq saxlanılıb. Saxlanılan zaman onun üzərindən 1 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.