...

Yexlaxda yol qəzası baş verib, ölən və xəsarət alan var

Hadisə Materials 13 İyul 2013 23:04 (UTC +04:00)
Yevlax rayonu, Gülöyşə kəndində 1970-ci il təvəllüdlü Səbiyev Çingiz Həmid oğluna məxsus "VAZ" markalı minik avtomobili digər vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili ilə toquşması nəticəsində yol qəza hadisəsi baş verib.
Yexlaxda yol qəzası baş verib, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 13 iyul /Trend /

Yevlax rayonu, Gülöyşə kəndində 1970-ci il təvəllüdlü Səbiyev Çingiz Həmid oğluna məxsus "VAZ" markalı minik avtomobili digər vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili ilə toquşması nəticəsində yol qəza hadisəsi baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, nəticədə, "VAZ" markalı avtomobilin sürücüsü Ç.H.Səbiyev ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat etmişdir.

Cəsəd yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

"Mercedes" markalı avtomobilin sürücüsü və avtomobildə olan 1 nəfər sərnişin yanğınsöndürən-xilasedicilər çatana kimi əhali tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti