...

Göygöldə kafedə atəş açan şəxslər saxlanılıb

Hadisə Materials 10 Yanvar 2014 12:53 (UTC +04:00)
Hadisə yerinə baxış zamanı 1 ədəd patron və 16 ədəd boş giliz aşkar edilərək götürülüb.
Göygöldə kafedə atəş açan şəxslər saxlanılıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Göygöl rayonu Qızılqaya qəsəbəsinin ərazisində yerləşən "Duru" kafesinə gəlmiş şəxslər havaya və otaqların tavanına ov tüfəngindən atəş açaraq gediblər. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb, kafeyə qismən ziyan dəyib.

Hadisə yerinə baxış zamanı 1 ədəd patron və 16 ədəd boş giliz aşkar edilərək götürülüb.

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Göygöl şəhər sakinləri Müşfiq Hacıyev, Nuriddin Hacıyev, Gəncə şəhər sakini Azər Əliyev və Bakı şəhər sakini Tahir Rəhimov saxlanılıblar.

M.Hacıyevdən müvafiq sənədləri olan "Sayqa-410 K" markalı silah, güllə darağı və 21 ədəd güllə, N.Hacıyevdən isə müvafiq sənədləri olmayan "Maverlick" markalı ov tüfəngi və 3 ədəd güllə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti