...

Bakıda sakinlərdən külli miqdarda pul alaraq qaytarmayan qadın tutulub

Hadisə Materials 20 Fevral 2014 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda sakinlərdən külli miqdarda pul alaraq qaytarmayan qadın tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, 2013-cü ilin mart-noyabr aylarında İlhamə adlı qadın etibarlarından sui-istifadə edərək, Bakı şəhər sakinləri Əzizə Hətəmovadan 3830 manat, Mahir Fərzəliyevdən 6650 manat, Məhəbbət İsmayılovadan 7000 manat, Əminə Məhərrəmovadan 4500 manat və Rəna Yusifovadan 2000 manat alıb qaytarmayıb.

Binəqədi RPİ 6-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən İlhamə Xəlilova tutululub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti